Mingəçevirdə binada yanğın, 4 nəfər təxliyyə edildi

mingecevirde-binada-yangin-4-nefer-texliyye-edildi
Oxunma sayı: 1161

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nəticədə 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.