“Qafqazinfo” xəbər verir ki, Xeberdar.az saytının Mingəçevirdə olan əməkdaşı xəbər verir ki, təxminən bir saat bundan əvvəl Mingəçevirdə Kür çayının sahilindəki bulvarın çay üzərindəki döşəməsində bir plitə sökülərək çöküb. Həmin vaxt səkinin üzərində dayanan 2 qadın və üç azyaşlı uşaq Kür çayına düşüb. Çaya düşən şəxslərin şəxsiyyəti hələki məlum deyil.
Əlavə məlumat veriləcək
***
Hadisə ilə bağlı “Xeberdar.az” saytının əməkdaşı Mingəçevir şəhər icra hakimiyyəti ilə əlaqə saxlayıb.Saytımıza açıqlama verən şəhər icra hakimiyyətinin birinci müavini İlham İsmayılov hadisənin Kürün üzərindəki körpüdə deyil, ondan 2 km aralıda, Kürün sahilində yerləşən insanların hərəkət etdiyi səkidə baş verdiyini dedi:” Cökən pilitələr yetmişinci illərə aid olan pilitələrdi, sadəcə onun üstünə yeni daşlar düzülüb.Xoşbəxtlikdən həmin vaxt orda çox insan olmayıb. İki qadın və üç azyaşlı uşaq olub. Qadının biri suya düşüb, o da tezliklə sudan çıxarılıb. Ölən, yaralanan yoxdur. Hal – hazırda şəhər rəhbərliyi hadisə yerindədi."
Son xəbərlər
Son Xəbərlər