Mingəçevirdə hərbçi su anbarında boğuldu

mingecevirde-herbci-su-anbarinda-boguldu
Oxunma sayı: 3415

Mingəçevirdə hərbçi faciəli şəkildə vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 1995-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Namizəd Bayramov suda çimərkən boğularaq ölüb.

Qeyd edək ki, N.Bayramov əslən Goranboydan olub. O, Tərtərdə yerləşən N saylı hərbi hissədə xidmət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli