Mingəçevirdə həyətə yaralı qutan düşüb - Foto

mingecevirde-heyete-yarali-qutan-dusub
Oxunma sayı: 3702

Mingəçevir sakininin həyətinə yaralı qutan quşu düşüb. 

“Qafqazinfo”nun xəbərinə görə, küləkli havada yüksək gərginlikli elektrik xətlərinə dəyən canlı ayağının birindən zədə alıb. 

Yaralı qutan quşunu Elşad Zülfüqarov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil verib. İdarə əməkdaşları quşu götürərək baytar nəzarətinə verib. 

Qutan quşu tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Qeyd edək ki, daha çox balıqla qidalanan iri dimdikli qutan köçəri həyat sürür. Vəhşi quş su hövzələrində daha çox görünür.

Elmar Əli