Mingəçevirdə iş adamı ilə xanımına hücum edildi

Mingəçevirdə iş adamı ilə xanımına hücum edildi
Oxunma sayı: 5032

Mingəçevirdə gecə saatlarında mənzilə daxil olan şəxs və ya şəxslər 68 yaşlı kişiyə və 60 yaşlı qadına xəsarət yetiriblər.

“Qafqazinfo”nun məlumatına görə hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Evə daxil olan şəxs və ya şəxslər şəhər sakinləri - Məhəmməd Allahverdiyev və Rəna Allahverdiyevaya dəmir alətlərlə xəsarət yetiriblər.

Müxtəlif dərəcəli xəsarət alan yaşlı kişi və qadın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırırılır. Qeyd edək ki, xəsarət alan 68 yaşlı M.Allahverdiyev tanınmış iş adamıdır.

Elmar Əli