Mingəçevirdə kişi həyat yoldaşını öldürdü

mingecevirde-kisi-heyat-yoldasini-oldurdu
Oxunma sayı: 712

Mingəçevirdə qətl hadisəsi törədilib."Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.