Mingəçevirdə bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Mingəçevir şəhər Texniki Humanitar Liseyinin 7-ci sinif şagirdi Məmmədova Solmaz Telman qızı üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yıxılıb.
Onun hansı səbəbdən yıxılması məlum deyil.
Müxtəlif bədən xəsarətləri alan S.Məmmədova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər