Mingəçevirdə maşın velosipedçini vurub öldürdü

mingecevirde-masin-velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 1528

Minik maşını velosipedçini vuraraq öldürüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Mingəçevirdə Samux küçəsində baş verib.

Hərəkətdə olan "VAZ2109" velosipedi vurub. Hadisə zamanı ağır xəsarət alan Gündüz Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli