Mingəçevirdə məcburi köçkünlərin evi yandı - Video+Fotolar

mingecevirde-mecburi-kockunlerin-evi-yandi
Oxunma sayı: 1510

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı qəsəbədə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Üçüncü” qəsəbə adlanan ərazidə qeydə alınıb.

Yanğın qəsəbə sakini Misirov İlyas Xanlar oğlunun evindən başlayıb və qonşuluqdakı evlərə keçib. Yanğın nəticəsində 3 ev külə dönüb, 2 ev isə yararsız hala düşüb. 

Evi külə dönən Əliyeva Afayət Şahvəli qızı və Misirov Alı Xanlar oğludur. Şahverdiyeva Tamam İsa qızı, Vəliyeva Adilə Pənah qızı və Misirov İlyas Xanlar oğlunun evi isə yararsız hala düşüb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Rəşad Türkoğlu