Mingəçevirdə qadın meyiti tapılıb.
"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər