Mingəçevirdə odlu silah gəzdirən şəxs saxlanıldı

mingecevirde-odlu-silah-gezdiren-sexs-saxlanildi
Oxunma sayı: 1956

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı  qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.