Mingəçevirdə qardaş qardaşı bıçaqladı

mingecevirde-qardas-qardasi-bicaqladi
Oxunma sayı: 2399

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, incident gecə saatlarında baş verib. Belə ki, 25 yaşlı Səməd Quliyev bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, S.Quliyev qardaşı tərəfindən mübahisə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli