Mingəçevirdə qəza- - 1 ölü

mingecevirde-qeza-
Oxunma sayı: 820


"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, dünən gecə "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. 

Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.  Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.