Mingəçevirdə şadlıq sarayı yanıb - Video

mingecevirde-sadliq-sarayi-yanib
Oxunma sayı: 2038

Mingəçevirdə şadlıq sarayında yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatında görə, hadisə “Günel” şadlıq sarayında qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin 4 yanğınsöndürmə briqadası cəlb olunub. 

İlkin məlumata görə yanğın məlum olmayan səbəbdən sarayın mətbəx hissəsində baş verib və mətbəx yanaraq yarasız hala düşüb. Yanğınsöndürənlərin  çevik müdaxiləsi sayəsində alovu ram etmək mümkün olub. Yanğının qarşısının alınması istiqamətində işlər davam edir.

Faktla bağlı araşdırma başlanıb.