Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

mingecevirde-yasli-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 1097

Mingəçevirdə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Mingəçevir şəhər sakini, 1958-ci il təvəllüdlü Rəna Əliyeva yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil onu vurub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli