Mingəçevirdə zavoddan oğurluq edilib

mingecevirde-zavoddan-ogurluq-edilib
Oxunma sayı: 811

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.

"Qafqazinfo" DİN-ə istindən xəbər verir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və  oradan  1 ədəd kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun  şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.