"Qafqazinfo" xəbər verir ki, şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qeydə alınıb. 8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “VAZ-2109” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.
Hazırda hadisə yerində araşdırma aparılır.
***
Anspress-in məlumatına görə, qəzada 3 nəfər ölüb.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölənlərdən birinin kimliyi məlum olub. O, məşhur jurnalist Aynur Elgünəşin atası Telman Qəmbərovdur.
Son xəbərlər
Son Xəbərlər