Mingəçevirdəki yanğın söndürülüb - Yenilənib

mingecevirdeki-yangin-sondurulub
Oxunma sayı: 1832

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında yanğın baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Report”a yerli sakinlər məlumat verib. 

Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir. 

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.  

***

Bu gün axşam saat 21:00 radələrində Mingəçevir su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yanğın Mingəçevir su anbarı ətrafındakı dağın ətəyində 5 hektara yaxın quru ot sahəsini əhatə edib:

"Bu gün axşam saat 9 radələrində Mingəçevir su anbarının ətrafındakı dağın ətəyində 5 hektarlıq quru ot sahəsi yanıb və yanğın mühafizə hissələri tərəfindən artıq söndürülüb".