Azərbaycanın minifutbol üzrə “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, yarımfinal matçında “Andezit” (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında üstələyib.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi “Nova Vita”ya 2:1 hesabı ilə qalib gəlib.