Minifutbol üzrə millimizin üzvləri təltif olundu

minifutbol-uzre-millimizin-uzvleri-teltif-olundu
Oxunma sayı: 2215

Minifutbol üzrə Azərbaycan milli komandasının üzvləri təltif olunub.

“Qafqazinfo” xəbər verir ki, futbolçulara “Əməkdar idman ustası” fəxri adı verilib.

Təltifetmə mərasimi 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı tədbirdə baş tutub.

İdmançılara medalları və vəsiqələri gənclər və idman naziri Fərid Qayıbov təqdim edib:

Təltif olunan idmançılar: Ramil Həsənzadə Davud Kərimi Seymur Məmmədov Mirmehdi Rzayev Rəvan Kərimov Tanrıverdi Məhərrəmli Vüsal İsayev Samir Həmzəyev Təhmuraz Əmircanov Elvin Əlizadə Vitali Borisov Taleh Babayev Tural Nərimanov Asif Zeynalov