Minik avtomobili kombaynla toqquşdu

minik-avtomobili-kombaynla-toqqusdu
Oxunma sayı: 1913

Şəmkirdə minik avtomobili kombaynla toqquşub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Nəticədə minik avtomobilində olan, 1974-cü il təvəllüdlü A.İsmayılov xəsarət alıb. Zərərçəkən xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev