Ucarda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Bərküşad kəndində baş verib.
Belə ki, "VAZ-21011" markalı minik avtomobili "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.
Qəza zamanı rayon sakinləri Fərzəliyev Xankişi Sərxan oğlu, Məhərrəmov Çingiz Dadaş oğlu, Məhərrəmova Qətibə Qüddəsər qızı, Məhərrəmova Jalə Çingiz qızı və Məhərrəmova Lalə Dadaş qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər