Minik avtomobili yük maşını ilə toqquşdu

minik-avtomobili-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 1407

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.