Minik avtomobilləri toqquşdu, ölən və yaralılar var

minik-avtomobilleri-toqqusdu-olen-ve-yaralilar-var
Oxunma sayı: 1436

Tovuzda ağır yol-nəqliyyat qəzası olub.

“Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

İki minik avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Vüqar Əliyev ölüb, iki nəfər 1952-ci il təvəllüdlü Səmayə Əhmədova və 1974-cü il təvəllüdlü Elmar Həsənov isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli