Minik avtomobilləri toqquşdu, sərnişin yaralandı - Fotolar

minik-avtomobilleri-toqqusdu-sernisin-yaralandi
Oxunma sayı: 1521

Zaqatalada iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Yevlax-Zaqatala Gürcüstan sərhədi yolunun, Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Əliabad qəsəbə sakini Yusubov Suravudin Süleyman oğlunun idarə etdiyi "VAZ 21074 "markalı avtomobillə, 1998-ci il təvəllüdlü Bakı şəhəri Səbayıl rayonu Bayıl qəsəbə sakini Məmmədzadə Elnur Ehtiqad oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 21074 "markalı avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Əliabad qəsəbə sakiniŞabanov Terlan Firvan oğlu xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov