Minik maşını motosikletlə toqquşdu - Foto

minik-masini-motosikletle-toqqusdu
Oxunma sayı: 2489

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub. 

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan Y. Mustafayev rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov