Minik maşını traktorla toqquşdu, 2 bacı yaralandı - Foto

minik-masini-traktorla-toqqusdu-2-baci-yaralandi
Oxunma sayı: 2078

Tovuzda minik maşını traktorla toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ- 21011 markalı avtomobil Belarus markalı traktoru ötmə əməliyyatını yerinə yetirərkən idarə etməni itirib. Nəticədə nəqliyyat yol kənarındakı işıq dirəyinə çırpılıb. VAZ -21011-də olan sərnişinlər, Hunanlar kənd sakinləri 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alaraq Tovuz  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.