“Minilliyin səsi” vəfat etdi

minilliyin-sesi-vefat-etdi
Oxunma sayı: 2935

Braziliyalı müğənni, bəstəkar Elza Suares 91 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun Mətbuat xidməti məlumat yayıb.

Sənətçi Rio-de-Janeyrodakı evində vəfat edib.

Qeyd olunub ki, Braziliya musiqinin ikonası, dünyanın ən böyük ifaçılarından biri, “Minilliyin səsi” adını qazanmış Elza Suares parlaq, zəngin bir həyat yaşayıb və səsi, gücü və qətiyyəti sayəsində dünyada iz qoyub.

Suares 1930-cu ildə Rio-de-Janeyroda anadan olub. O, musiqi karyerasına XX əsrin 50-ci illərində başlayıb. Müğənni fəaliyyət dövrü ərzində 34 albom buraxıb.

Videonu buradan izləyə bilərsiniz