Minimum əmək pensiyasının məbləği artırılır

minimum-emek-pensiyasinin-meblegi-artirilir
Oxunma sayı: 6119

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Dəyişiklik 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.

Zaur Mirzə