Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya bildirilib.
Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.
Həmçinin oxuyun: Bakıda sinif yoldaşının ölümünə səbəb olan şagird məsuliyyətə cəlb edilmədi
Son xəbərlər
Son Xəbərlər