Minlərlə ilan balığı yola töküldü - Fotolar + Video

minlerle-ilan-baligi-yola-tokuldu
Oxunma sayı: 3561

Amerikanın Oreqon ştatında ilan balığı ilə dolu yük avtomobili aşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan sonra ümumi çəkisi 3,4 ton olan minlərlə balıq yola tökülüb.

Məlumata görə, balıqlar Cənubi Koreyaya göndərilmək üçün limana aparılacaqmış.

Qəza nəticəsində ölən və yaralanan olmayıb.

Hadisə səbəbindən yol bağlanıb və bir neçə saat təmizlik işi aparılıb.