Minnesotada 18 etirazçı saxlanılıb

minnesotada-18-etirazci-saxlanilib
Oxunma sayı: 741

ABŞ-ın Minnesota ştatının Sent Pol şəhərində keçirilən etiraz aksiyası zamanı polis 18 nümayişçini həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Aksiya hərəkətin sıx olduğu magistral yollardan birində təşkil olunub.  

Nümayişçilər məhkəmənin ötən gün polis əməkdaşı Ceronimo Yanesə bəraət verməsinə etiraz ediblər.  

Qeyd edək ki, polis Ceronimo Yanes qaradərili Filando Kastilenin qətlində ittiham olunurdu.