Minnesotada komendant saatı uzadıldı

minnesotada-komendant-saati-uzadildi
Oxunma sayı: 1173

ABŞ-ın etirazların səngimədiyi Minnesota ştatında komendant saatı uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolts Tvitterdə yazıb. O bildirib ki, məhdudlaşdırıcı tədbirlər ştat ərazisində bazar günü ABŞ vaxtı ilə 20:00-dan bazar ertəsi səhər saat 06:00-dək davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Minnesotada komendant saatı şənbə günü tətbiq edilib. Afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsindən sonra Minnesotada və ABŞ-ın digər əyalətlərində kütləvi iğtişaşlar başlayıb.