Mino Rayolanın ölüm xəbəri təsdiqləndi

mino-rayolanin-olum-xeberi-tesdiqlendi
Oxunma sayı: 5260

Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayolanın ölüm xəbəri təsdiqini tapıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun ailə üzvləri sosial şəbəkə hesablarında paylaşım ediblər.

Rayolanın 54 yaşında müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib. Məşhur agent yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirmişdi. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanmışdı. İki gün öncə İtaliya mətbuatı onun öldüyünü açıqlasa da, ailə üzvləri və müalicə aldığı xəstəxana tərəfindən təkzib olunmuşdu.

Qeyd edək ki, Mino Raiola Kriştianu Ronaldo, Pol Poqba, Zlatan İbrahimoviç, Erlin Haaland kimi ulduzların agenti olub.