Minsk qrupu sabah görüşür - Ştaynmayer təsdiqlədi

minsk-qrupu-sabah-gorusur
Oxunma sayı: 1933

“Minsk qrupu qondarma Dağlıq Qarabağ Respublikasında baş verən gərginliklə bağlı aprelin 5-də Vyanada görüşəcək”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, görüş səfirlər səviyyəsində keçiriləcək.

Xatırladaq ki, daha öncə Fransa mətbuatı görüşün aprelin 5-də Vyanada keçiriləcəyi ilə bağlı məlumat yaymışdı.