“Minsk qrupunun fəaliyyətindən narazıyıq” - Elmar Məmmədyarov

minsk-qrupunun-fealiyyetinden-naraziyiq
Oxunma sayı: 858

“Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır”.

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan bütün fəaliyyəti ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmayan Minsk qrupunun fəaliyyətindən narazıdır.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir.