Minsk saxlanılan 32 rusiyalını Moskvaya təhvil verdi

minsk-saxlanilan-32-rusiyalini-moskvaya-tehvil-verdi
Oxunma sayı: 1578

Bir müddət əvvəl Belarusda saxlanılan 32 rusiyalı Rusiyaya qayıdıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Baş Prokurorluğunun saytında məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslərdən birinin Rusiya ilə yanaşı, Belarus vətəndaşlığı da olub və o, respublikada qalıb.

Baş Prokurorluq vurğulayıb ki, qayıdış proseduru beynəlxalq hüquqa və iki ölkənin qanunlarına uyğun olub.

“Rusiyanın səlahiyyətli orqanları bu vətəndaşların ətrafında yaranmış vəziyyəti araşdırmağa davam edəcəklər”, - Baş Prokurorluqdan bildiriblər.