Minskdə bir neçə metro stansiyası bağlandı - Yenilənib

minskde-bir-nece-metro-stansiyasi-baglandi
Oxunma sayı: 2002

Belarusun paytaxtı Minskdə bir neçə metro stansiyası bağlanıb, qatarlar stansiyalardan dayanmadan keçir. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Belarus” xəbər verib.

Xüsusilə, qırmızı xəttin “Nemiqa”, “Kupalovskaya”, “Fruzenskaya”, “Molodyojnaya”, “Puşkinskaya” və göy xəttin “Oktyabrskaya”, “Ploşad Lenina” stansiyaları bağlanıb.

Bazar ertəsi axşam da Minsk metropoliteninin stansiyalarının bir hissəsi bağlanmışdı.

Xatırladaq ki, avqustun 9-da Belarusun bir sıra şəhərlərində icazəsiz etiraz aksiyaları başlayıb. Minskin mərkəzində mitinqçilər zibil qutularından barrikadalar quraşdırıblar. Milis onlara qarşı gözyaşardıcı qaz, su şırnağı və işıqsaçan qumbara tətbiq edib, həmçinin etirazçıları şəhər mərkəzindən sıxışdırıb çıxarıb. Müxalifətin aksiyaları nəticəsində 3 min nəfər saxlanılıb, 100-ə yaxın insan xəsarət alıb, həlak olan olmayıb.

***

Daxili Qoşunların əsgərləri etirazçıları Minskdəki "Puşkinskaya" metro stansiyasından uzaqlaşdırıblar.  "Qafqazinfo" bildirir ki, bu barədə "RİA Novosti" xəbər verib. 

"Sputnik Belarus"un məlumatına görə, Belarus paytaxtının mərkəzinə artıq xüsusi texnika, o cümlədən su şırnaqları və şübhəlilərin və ittiham olunanların daşınması üçün avtomobillər cəlb edilib.