Minskdə etiraz aksiyası - Video

minskde-etiraz-aksiyasi
Oxunma sayı: 8885

Bazar ertəsi axşam saatlarında Minskdə Belarus Hökumət Evinin qarşısında icazəsiz aksiya başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Əraziyə toplaşan şəxslər özləri ilə müxalifət şüarları yazılan plakatlar, ağ-qırmızı-ağ bayraqlar gətiriblər.

Polis əməkdaşları meydanda gəzir.

***

Müxalifətin icazəsiz aksiya iştirakçılarının bir hissəsi Volodarski küçəsində yerləşən 1 saylı İstintaq Təcridxanasının qarşısına gəlib, harada ki, həmçinin prezident seçkilərindən sonra etirazlar zamanı tutulanlar saxlanılırlar.

***

Belarus müxalifətinin tərəfdarları Minskdə Müstəqillik meydanında toplaşıblar. Onlar etiraz mahnıları oxuyur, şüarlar səsləndirirlər.

“RİA Novosti”nin əməkdaşının hesablamalarına görə, burada bir neçə min insan ola bilər.  

***

Minskdə müxalifətin icazəsiz aksiyasının iştirakçılarının bir qismi Volodarski küçəsində yerləşən 1 saylı İstintaq Təcridxanasından Okrestina döngəsindəki müvəqqəti saxlama təcridxanasına tərəf üz tutublar. Onlar bura prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyalarında saxlanılan şəxslərə dəstək olmaq üçün toplaşıblar. Müxalifət tərəfdarları etiraz aksiyalarından sonra hələ də təcridxanada qalan hər kəsin azadlığa buraxılmasını tələb edirlər.

Hadisə yerindən görüntüləri təqdim edirik: