Minskdə etirazçılarla milis arasında toqquşmalar - Yenilənib

minskde-etirazcilarla-milis-arasinda-toqqusmalar
Oxunma sayı: 5077

Belarusun Brest şəhərində prezident seçkilərinin nəticələrinə qarşı mitinqçilərin saxlanılması başlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.

Bildirilir ki, hazırda OMON-çular Maşerov prospekti ilə Sovet küçəsinin kəsişməsindədir. Onlar kütləyə daxil olur və seçmə insanları tuturlar.

Agentliyin məlumatına görə, hərəkətdə olan maşınlar siqnal verir, insanlar isə sadəcə əl çalırlar.

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb. Ölkədəki icazəsiz nümayişlərdə təxminən 3 min nəfər saxlanılıb.

***

Qrodno şəhərinin mərkəzi küçəsində də saxlanılanlar var.

Bu barədə “Sputnik Belarus” teleqram kanalında məlumat verib.

***

Minsk və Brestdə güc strukturları etirazçılara rezin güllələrdən atəş açıblar.

***

Minskin Puşkin meydanında etirazçılarla milis arasında toqquşmalar başlayıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Yolayrıclarında milisin ekipajları növbə çəkir. Müxalifət tərəfdarlarını mərkəzdən Maşerov prospektinə, həmçinin OMON və etirazçıların toqquşmasının davam etdiyi Puşkin meydanına sıxışdırıb çıxarıblar.

Milis işıq-səs qumbaralarından istifadə edir.

***

Minskin bir sıra küçələrində DYP postları quraşdırılıb. Onlar maşınların Belarus paytaxtının mərkəzinə getməsinə mane olurlar.

***

Nümayişçilər Minskdə "Riqa" universamının yaxınlığında zibil konteynerlərindən barrikadalar qurublar.