Minskdə etirazlar davam edir - Fotolar + Video

minskde-etirazlar-davam-edir
Oxunma sayı: 6808

Minskdə belaruslar azyaşlı uşaqları ilə bərabər kütləvi etiraz aksiyalarına gəlməkdə davam edirlər. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Puşkinskaya” metrostansiyasının yaxınlığında müxalifətin çıxışlarında həlak olmuş gənc insanın xatirəsinə kütləvi aksiya keçirilir, onlarla, bəlkə də yüzlərlə valideyn azyaşlı uşaqları ilə birlikdə gəlib.

Nümayişçilərlə həmrəyliyini ifadə edən maşınların uğultusuna baxmayaraq, uşaq arabalarındakı körpələr yatır, 3 yaşdan 5 yaşadək uşaqlar hava şarları ilə oynayır. Hamiləliyin son aylarında olan qadınlar da həmin əraziyə gəlirlər.