Minskdə olan 22 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Diasporla İş üzrə Dövlət Komitəsinin feysbuk səhifəsində yer alıb.
Məlumata görə, koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilməyən onlarla azərbaycanlı müxtəlif ölkələrdən Belarusa toplaşmışdı.
Onlar videomüraciət edərək göstərilən qayğıya və vətənə qayıtmalarının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Son xəbərlər
Son Xəbərlər