Minskdə OMON insanlara atəş açdı - Video + Yenilənib

minskde-omon-insanlara-ates-acdi
Oxunma sayı: 6164

Belarusun paytaxtı Minskin müxtəlif hissələrində müxalifət tərəfdarlarından ibarət qruplar toplaşmağa başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Agentliyin məlumatına görə, “canlı zəncirlər”, xüsusilə, “Puşkinskaya” və “Kamennaya qorka” metrostansiyalarının, eləcə də MUM-un yaxınlığındadır.

Çoxları etiraz aksiyasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq gül-çiçək dəstələri gətirib.

***

Minskdə keçirilən etiraz aksiyasının iştirakçıları MUM yaxınlığında Müstəqillik prospektini bir müddətlik bağlayıblar.

Müxalifətin 40-a yaxın tərəfdarı metronun "Yakub Kolas"stansiyasının qarşısında toplaşıb. Ağ-qırmızı bayraqlı bir qrup gənc prospekti qısa müddətə bağlayıb.

Sürücülər hiddətlənməyiblər, əksinə, öz dəstəklərini bildiriblər.

"Gedin, gedin!" qışqırıqlarından sonra aksiya iştirakçıları əvvəlcə yolun yarısını azad edib, sonra isə tamamilə oradan çıxıb.

***

Minskdə OMON balkonlardan etirazçılara məsləhət verən insanlara atəş açıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Belarus” xəbər verib.

İnsident “Qruşyovka” metrostansiyasının yaxınlığında, Dzerjinski prospektində baş verib.