Minskdən Antalyaya uçan təyyarə Moskvada təcili eniş edib - Yenilənib

minskden-antalyaya-ucan-teyyare-moskvada-tecili-enis-edib
Oxunma sayı: 1753

Minsk-Antalya reysi üzrə hərəkət edən sərnişin təyyarəsi həyəcan siqnalı verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, “Boeing 737” markalı təyyarə Rusiyanın Belqorodsk əyalətinin səmasında olarkən həyəcan siqnalı verib.

Bununla yanaşı, aviadispetçer xidmətlərinin məlumatına görə, təyyarə hazırda Voronej istiqamətində hərəkət edir və burada təcili eniş edəcəyi gözlənilir.

***

Minsk-Antalya reysi üzrə hərəkət edən sərnişin təyyarəsi Moskvanın “Domodedovo” hava limanında təcili eniş edib.

“RİA Novosti”nin məlumatına görə, ilkin məlumatlara görə, təyyarənin mühərriklərindən biri nasaz olub. Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 207 sərnişin var