Bu gün Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununda “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov mətbuat konfransında çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis uzun müddətdən sonra qazandıqları qələbədən danışıb: “Bu gün minimum tapşırığı yerinə yetirdik. Bizim əsas vəzifəmiz mərhələ adlamaqdır. Bakıda qalib gəlib yarımfinala çıxsaq, maksimum vəzifəmizin öhdəsindən gələcəyik. Komandamdan razıyam. Hesabda 2:0 öndə idik. Amma bir az həyəcan oldu və qolları buraxdıq. Futbolçularım tapşırıqları yerinə yetirdilər”.
Son xəbərlər
Son Xəbərlər