MİQ imtahanları ilə bağlı namizədlərə məlumat göndərildi

miq-imtahanlari-ile-bagli-namizedlere-melumat-gonderildi
Oxunma sayı: 1309

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə keçiriləcək test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək.