“Miqrant uşaqları üçün büdcə hesabına kurslar təşkil edilsin”

miqrant-usaqlari-ucun-budce-hesabina-kurslar-teskil-edilsin
Oxunma sayı: 782

Azərbaycan Respublikasının ərazisində olan miqrantların uşaqları üçün dövlət büdcəsi hesabına Azərbaycan dili kurslarının təşkili təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Bundan əlavə, desosializasiya risklərinin azaldılması məqsədilə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan şəxslərin əməyə cəlb edilməsi; readmissiya sazişləri çərçivəsində Azərbaycan Respublikasına geri qayıdan ailələrə, xüsusilə uşaqlara psixoloji və digər zəruri dəstəyin göstərilməsi təklif olunur.