Miqrantdan qeyri-insani hərəkət - Uşaqlı qadını qatarın altına atdı

miqrantdan-qeyri-insani-hereket
Oxunma sayı: 2275

Almaniyada Frankfurt vağzalında naməlum kişi uşaqlı qadını qatarın altına itələyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” agentliyi xəbər verib.

Qadının xəstəxanaya çatdırılıdığı, uşağın isə aldığı zədələrdən dünyasını dəyişdiyi bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, həmin kişi daha bir nəfəri qatarın altına itələmək istəyirmiş.

Vağzaldakı insanlar hüquq mühafizə orqanları əməkdaşlarının gəlişinə qədər gizlənməyə cəh edən cinayətkarı saxlayıblar.

Polis bölməsindən verilən məlumata görə, saxlanılan kişi Afrika mənşəlidir. Cinayətin motivləri dəqiqləşdirilmir.