Miqrantları daşıyan avtobus kanala aşdı, 16 nəfər öldü

miqrantlari-dasiyan-avtobus-kanala-asdi-16-nefer-oldu
Oxunma sayı: 773

Mərakeşdə qanunsuz miqrantları daşıyan avtobus kanala düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 16 nəfər ölüb, 17-si xəsarət alıb.  

Qəzanın dəqiq səbəbi bilinmir. Yol-nəqliyyat hadisəsi və qanunsuz miqrant daşıma faktı ilə bağlı araşdırma başlayıb.

Polis, eyni zamanda qəza yerindən qaçan sürücünün axtarışındadır.