Miqrantları daşıyan qayıq batdı - 58 ölü

miqrantlari-dasiyan-qayiq-batdi
Oxunma sayı: 1036

Tunis sahillərində qanunsuz miqrant daşıyan qayıq batıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 58 nəfər ölüb. Onlardan 31-i Tunisin, 22-si isə digər dövlətlərin vətəndaşlarıdır. Qalanların şəxsiyyəti isə hələlik məlum deyil. Qayıqda batanlardan 68 nəfərin həyatını xilas etmək mümkün olub. 

Qeyd edək ki, miqrantları daşıyan qayıq Aralıq dənizində batıb.